Almaniya miqrantlara dil tələbi qoyur

Almaniya miqrantlara dil tələbi qoyur
  23 İyul 2015    Oxunub:2415
`Yalnız almanca danışa bilən kəslər qalıb Almaniyada yaşaya, işləyə bilərlər`. AzVision.az “Spiegel” jurnalına istinadən bildirir ki, bu barədə Almaniyanın Sosial Demokrat partiyasının lideri Tomas Opperman çıxşında bildirib.

Onun sözlərinə görə, alman dilin bilən qaçqın uşaqları, eləcə də ixtisaslaşmış kadrlar Almaniyada qalaraq, gələcəklərini qura bilərlər. Bu qərara səbəb isə bu yaxınlar fələstinli qız ilə kansler Angela Merkel arasında baş verən gözlənilməz debat olub. İndi Almaniya Sosial-Demokrat partiyası qaçqın siyasətində ciddi islahatların aparılmasını, eləcə də bu siyasi kursun dəyişməsini tələb edir.

Opperman bildirib ki, “əgər kimsə cəmiyyətimizə uğurla inteqrasiya edirsə, onu Almaniyadan uzaqlaşdırmamalıyıq. Bir halda ki, bizim cəmiyyətə assimlyasiya olmaq istəyən və işləmək iqtidarına olan gənclər var, onların Almaniyada qalmasına şərait yaradılmalıdır”.

Bu kriteriyalara cavab verən yüksək ixtisaslı kadrlara Almaniyada çalışmaq üçün “yaşıl kart” veriləcək.

“Speigel” jurnalı Almaniyaya olan fasiləsiz qaçqın axını ilə bağlı qeyd edir ki, artıq şimal əyalətləri qaçqınları qəbul etmək istəmirlər. Səbəb isə boş yerlərin qalamamsıdır. Təkcə Hamburqda 12.500 nəfər qaçqının olduğu bildirilir. Habelə, Şlesviq-Holştayn və Meklenburq-Forpommern kimi böyük əyalətlərdə də qaçqınların yerləşdirilməsi üçün yerlər məhdudlaşmaqdadır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti