`Sarkisyanla gözəl gecə keçirdik` - Bakıya gələn məşhur aktrisa (FOTO)
AzVision.az-ın məlumatına görə, xanım aktrisa işğalçı Ermənistan dövlətinin rəhbəri Serj Sarkisyan və ailəsi üçün özəl gecə təşkil edib.
Ziyafətdə S. Sarkisyan və qızı Anush Minasyan da iştirak edib.
Aktrisa erməni prezidentlə çəkdirdiyi fotonu sosial şəbəkədəki səhifəsində paylaşıb: “Çox özəl qonaqlarım Serj Sarkisyan və onun şirin qızı Anuş Minsasyanla gözəl gecə keçirdik” .
Qeyd edək ki, Ornella Muti Bakıya bir neçə dəfə səfər edib. O, 2013-cü ilin dekabrında ulduz Crystall Hall-da San-Remo müsabiqəsi iştirakçılarının konsertində iştirak edib.
Hafiz Əhmədov