Saakaşvili hasarları dağıtdı - Video
M.Saakaşvilinin göstərişi ilə Fövqəladə Hallar Xidmətinin əməkdaşları buldozerlə çimərlikdəki hasarı dağıdıblar. Xüsusən milyonçu Vasili Xmelnitskinin “Delfin” çimərliyindəki pansionatı dəniz sahilinə yolu bağlamışdı. Həmin obyektin divarlarıda sökülüb
Jurnalistlərə açıqlama verən vilayət rəhbəri deyib ki, yerli sakinlərin və qonaqların konstitusion hüquqlarının kobud şəkildə pozulduğunu əsas gətirərək belə bir addım atılıb: “Çünki belə tikililər Odessanın turizm mərkəzinə çevrilməsinə, yerli sakinlərin normal istirahətinə mane olur”.