Co Bayden döyülüb? - FOTO

Co Bayden döyülüb? - FOTO
  21 İyul 2015    Oxunub:3780
ABŞ vitse-prezidenti Co Bayden öz iti ilə oynayan zaman yüngül zədə alıb.
Bu barədə AzVision.az `ABC NEWS` telekanalına istinadən xəbər verir.

Co Bayden Ağ Evin Şərq zalında əlillər haqqında qanunun qəbulun 25 illiyi ilə əlaqədar qəbulda iştirak edib. Bu zaman Baydenin dodağının üzərində göyərtilər olub. Bayden tədbirdə çıxış etməyib.

Bayden qeyd edib ki, o, `Çempion` ləqəbli iti ilə oynadığı zaman xəsarət alıb.

Telekanal bildirir ki, Bayden ailəsinin alman `ovçarkası` var. O, bəzən onunla birgə ictimai tədbirlərə qatılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti