Rəsmi Bakı Türkiyədəki terroru pislədi

Rəsmi Bakı Türkiyədəki terroru pislədi
  21 İyul 2015    Oxunub:2267
Azərbaycan XİN Türkiyədə törədilmiş terror aktını pisləyən məlumat yayıb.
AzVision.az-ın məlumatına görə, bəyənatda bildirilir: “Biz, Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti