İslam Kərimov televiziya rəhbərini belə cəzalandırdı

İslam Kərimov televiziya rəhbərini belə cəzalandırdı
  20 İyul 2015    Oxunub:4085
Özbəkistan Milli Teleradio Şirkəti sədrinin birinci müavini Olim Toşboyev prezident İslam Kərimovun Qaşqadərya vilayətinə işgüzar səfərinin “vaxtında və lazımi qədər işıqlandırılmaması” səbəbindən tutduğu vəzifəsindən uzaqlaşdırılıb.
İ.Kərimov Qaşqadərya vilayətinə iyunun 30-da səfər edib.

Bu səfər barədə məlumatın milli telekanalların efirində elə həmin gün gedəcəyi gözlənilsə də bu, baş verməyib. Milli televiziyadan bildirilib ki, İ.Kərimovun “Kamol Sultan” fermer təsərrüfatından keçirdiyi görüşün detallarını əks etdirən reportajlar “Olim Toşboyevin səhlənkarlığı, diqqətsizliyi və məsuliyyətsizliyi ucbatından” efirə bir gün gec verilib.

Həmin gün Daşkəndə qayıdan Özbəkistan prezidenti özbək milli televiziyasının əsas xəbər proqramına baxıb, amma özünü orada görməyib.

“Sonradan məlum olub ki, bu reportaj həmin gün hazırlanmayıb və efirə verilməyib. Səbəb isə yalnız o olub ki, Toşboyev sadəcə işdən tez çıxaraq evinə getməyə üstünlük verib. Bir səs-küy qalxdı ki... İş o yerə çatdı ki, Toşboyevi ağır maddə ilə işdən qovdular. “Yuxarılar” onun bu əməlini siyasi səhv adlandırdı” - deyə özbək milli televiziyasındakı mənbə bildirib.

44 yaşlı Olim Toşboyev son 10 il ərzində “Özbəkistan” kanalının direktoru vəzifəsini tutub, eyni zamanda da Özbəkistanın Milli Teleradio Şirkəti sədrinin birinci müavini olub.(Virtualaz.org)


Teqlər:





Xəbər lenti