Türkiyədə dəhşətli terror - Yenilənib (Video)

Türkiyədə dəhşətli terror - Yenilənib (Video)
  20 İyul 2015    Oxunub:4817
Hadisəni 18 yaşlı qadın terrorçunun törətdiyi bildirilir

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda yerləşən Amara Mədəniyyət Mərkəzinin həyətində terror aktı törədilib. AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 27 nəfər ölüb, 100-dən artıq yaralı var.

Türkiyə Daxili İşlər Nazirliyi baş verən hadisənin terror aktı olduğunu təsdiqləyib.

Açıqlamada hadisənin günahkarlarının qısa zamanda tapılaraq layiqli cəzalarının veriləcəyi vurğulanır.

Qeyd edək ki, partlayışı İŞİD üzvü 18 yaşlı qadın terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.



AzVision.az


Teqlər:  





Xəbər lenti