Merkel nasizmi nikaha bənzətdi

Merkel nasizmi nikaha bənzətdi
  20 İyul 2015    Oxunub:3576
Almaniyanın kansleri Angela Merkel ona ünvanlanmış “Siz nasionalizmin dircəlməsindən qorxursunuzmu ?” sualını cavablandırıb.

AzVision.az “Spiegel” jurnalına istinadən xəbər verir ki, gənclərin kanslerə ünvanladığı bu suala cavab verərkən Merkel nasizmi nigahla müqayisə edib.

Onun sözlərinə görə, birlik formasında, yəni ailə modeli formasında cəmiyyətdəki diskriminasiyanı ləğv etmək mümkündür. Cəmiyyətdəki dini, irqi və milli ayrı-seçkilik sahəsində olan dözülməz vəziyyətə qarşı ciddi mübarizə aparmaq lazımdır: “Əlbəttə, biz harada diskiriminasiya ilə qarşılaşırıqsa, həmin durumu qaydaya salmağa çalışmalıyıq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Almaniyanın keçmiş Xarici İşlər Naziri Yoşka Fişer Yaşıllar Partiyasının keçirdiyi müzakirələrin birində çıxış edərkən Almaniyanın təkrar nasional-sosializmə dönə biləcəyi təhlükəsinin olduğunu demişdi.

Eks-nazir Fransanın keçmiş prezidenti Fransua Mitterranın “nasionalizm artıq müharibədir” fikirini misal gətirməklə irqi, dini və milli ayrı-seçkiliyin ciddi fəsadlara yol aça biləcəyini vurğulamışdı.

Fərrux
AzVision.az


Teqlər:  





Xəbər lenti