Baş nazir həbs olunacaq - Fırıldaqçılıq ittihamı

Baş nazir həbs olunacaq - Fırıldaqçılıq ittihamı
  13 İyul 2015    Oxunub:2546
Rumıniya Prokurorluğunun korrupsiya ilə mübarizə üzrə şöbəsi ölkənin baş naziri Viktor Pontanı maliyyə fırıldağında şübhəli bilib.
Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir.

Məlumata əsasən Ponta vergidən yayınma, pulların yuyulması və fırıldaqçılıqda ittiham olunur.

Baş nazirik hesabları və aktivlərinə müvəqqəti olaraq həbs qoyulub.

Daha əvvəl Rumıniya prezidenti Klaus Yohannis korruösiya ittihamlarından sonra baş nazir Viktor Pontaya istefa verməyi təklif edib. Lakin Ponta bəyan edib ki, onu yalnız parlament vəzifətən uzaqlaşdıra bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti