`Azərbaycanda qalsaydı, müğənni olacaqdı` – VİDEO
Region TV, Üzeyir Novruzovun anası Zərifə xanımdan müsahibə alıb.
Zərifə xanım bunları söyləyib: "Əlbəttə, çox sevindim. Necə ki, bütün Azərbaycan xalqı sevindi. Qohumlarımızı da sevindirdi. Allahın köməkliyi ilə oldu bu. Digər övladlarım da bu sənətlə məşğuldur. İncəsənətə maraq ona atasından keçib. Uşaqlıqdan musiqi məktəbinə gedirdi, balalaykada ifa edirdi. Üzeyir Azərbaycanda qalsaydı, müğənni olacaqdı, yaxşı səsi var idi. Sonradan sirkə maraq göstərməyə başladı. Özü nömrələr hazırlayırdı.Yeşiklər filan düzəldib səhnəciklər yaradırdı. Birdən-birə nərdivanı götürdü, başladı nömrələr göstərməyə. Orta məktəbi bitirdikdən sonra getdi Moskvaya. 1999-cu ildə ali məktəbi bitirdi, sirkdə işləməyə başladı".
Zərifə xanım, Üzeyirin şəxsi həyatı haqda da danışıb: "Həyat yoldaşı Amerika vətəndaşıdır, 2 övladları var, Las-Veqasda yaşayırlar".