İki boksçumuz yarımfinalda- Yenilənir

İki boksçumuz yarımfinalda- Yenilənir
  23 İyun 2015    Oxunub:3596
Azərbaycan yığmasının 6 boksçusu yarımfinal görüşlərinə çıxacaq.
AzVision.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində Albert Səlimov bolqarıstanlı Elian Dimitriovla üz-üzə gələcək.

64 kq-da Sotomayor Kollazo rumıniyalı Daniel Nikulesku ilə üz-üzə gələcək. Görüş 20:15-də başlayacaq.

69 kq çəki dərəcəsində Pərviz Bağırov almaniyalı Baraou Abassla qarşılaşacaq. 91 kq-da Abdulkadir Abdullayev 21:30-da fransalı Omba Bionqolo Polo ilə görüşəcək.

Qadınlar arasında 51-54 kq yüngül çəki dərəcəsində Anna Əlimərdanova bolqarıstanlı Stanimira Petrova ilə qarşılaşacaq. Tərəflər 12:45-da rinqə ayaq basacaqlar.

60-64 kq çəki dərəcəsində Elena Vistoropova 19:15-də böyük britaniyalı Rian Sandi ilə qarşılaşacaq.
***
Qadınlar arasında 51-54 kq yüngül çəki dərəcəsində Azərbaycan təmsilçisi Anna Əlimərdanova bolqarıstanlı Stanimira Petrova ilə qarşılaşıb. Təmsilçimiz 3:0 hesabı ilə qalib gələrək yarımfinala çıxdı.
***
Azərbaycan təmsilçisi Albert Səlimov bolqarıstanlı Dmitri Elianla ¼ final mərhələsində qarşılaşıb. O, 3:0 hesabı ilə rəqibinə qalib gələrək yarımfinala yüksəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti