Cüdoçumuz dünya çempionu olub

   Cüdoçumuz dünya çempionu olub
  20 May 2024    Oxunub:1237
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
AzVision.az xəbər verir ki, finalda Tatsuki İşiharanı (Yaponiya) ipponla üstələyən dördqat Avropa çempionu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışın ikinci günü kişiərin yarışında mübarizəyə qoşulan Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.

Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.

AzVision.az


Teqlər: idman   cüdo   çempion  





Xəbər lenti