Daha iki boksçumuz yarımfinalda -FOTOLAR

Daha iki boksçumuz yarımfinalda -FOTOLAR
  23 İyun 2015    Oxunub:2724
Bakıda keçirilən Avropa Oyunlarında daha iki boksçumuz yarımfinala çıxıb.

Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov dörddəbir finalda türkiyəli rəqibi Əli Demirəzənə qalib gəlib. Görüşdə 3:0 hesabı ilə qələbə qazanan idmançımız yarımfinala vəsiqəni təmin edib.

Növbəti mərhələdə o, Belarus idmançısı Yan Sudziluski - rusiyalı Qasan Qimbatov qarşılaşmasının qalibi ilə görüşəcək.

Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov isə yarımfinal uğrunda görüşdə hollandiyalı Peter Müllenberq ilə üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinala adlayıb. Finala gedən yolda onun rəqibi rusiyalı Pavel Silyaqin olacaq.

Qalereya




Teqlər:  





Xəbər lenti