ABŞ-ı heyran qoyan azərbaycanlı kimdir? – VİDEO

ABŞ-ı heyran qoyan azərbaycanlı kimdir? – VİDEO
  18 İyun 2015    Oxunub:20977
Amerikanın məşhur “America`s Got Talent şousunda” azərbaycanlı da iştirak edib.

Şouya qatılan 39 yaşlı Üzeyir Novruzov Çarli Çaplin obrazında olub və nərdivanla göstərdiyi nömrə ilə jürini heyran qoyub. Və onların səsini qazanaraq, növbəti mərhələyə keçib.

AzVision.az xəbər verir ki, hazırda Las-Veqasda yaşayan Üzeyir əslən azərbaycanlıdır, amma Rusiyada doğulub. Kişik yaşından sirk dərnəyinə gedib. 1995-ci ildə Moskvada Dövlət Sirk Məktəbinə qəbul olunub. Oranı bitirəndən sonra Moskva Vernadski Bulvarında yerləşən Moskva Böyük Sirkinə üzv qəbul edilib.

Üzeyir 2002-ci ildə Amerikaya köçüb. Burada “Big Apple Circus” mərkəzinin “Şəhər Arzuları” (Dreams of a City) adlı proqramında iştirak edib.

Onun komik qabiliyyəti sirk ustalığı ilə birləşəndə çox gözəl effekt doğurur. Buna görə də nərdivanla göstərdiyi nömrə xeyli məşhurlaşıb. O, bu nömrə ilə əfsanəvi “Cirque du Soleil” səhnəsində də tez-tez görünür.

AzVison.az




Teqlər:  





Xəbər lenti