`Lady Gaga` ləqəbli inək Almaniya gözəli seçildi

`Lady Gaga` ləqəbli inək Almaniya gözəli seçildi
  13 İyun 2015    Oxunub:2576
Almaniyada `Lady Gaga` ləqəbli inək `German Holstein Show` heyvandarlıq müsabiqəsinin qalibi olub.
Bu barədə AzVision.az `The Local`a istinadən xəbər verir.

`Lady Gaga` titul uğrunda Almaniya və Lüksemburqdan olan 200 rəqibini üstələyib. Oldenburqda baş turan müsabiqəni 5 min tamaşaçı izləyib.

`Lady Gaga`nın hazırkı sahibi, fermer Henrik Ville bildirib ki, o, heyvanı iki il əvvəl alıb və onun əvvəlki sahibinin inəyə niyə bu adı verməsi barədə məlumatsızdır.

Villenin fikrincə, yarışlarda qələbə onun firması üçün əla reklam olacaq: “Əgər insanlar mənim yaxşı inəklərimin olduğunu görsələr, onda onlar fermamı gəlib, bizim buzovları alacaqlar”.

Sahibinin sözlərinə görə, `Lady Gaga` dəfələrlə müxtəlif yarışmalarda qalib gəlib.

Qeyd edək ki, məşhur müğənni Lady Gaga da adını daşıdığı inəyin qələbəsi ilə bağlı xəbəri `Twitter`də paylaşıb.


Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti