ABŞ bütün dünyada vizanı dayandırdı

ABŞ bütün dünyada vizanı dayandırdı
  13 İyun 2015    Oxunub:1979
Bütün dünyada yerləşən ABŞ səfirliklərində texniki problemlərlə əlaqədar müvəqqəti olaraq viza və xarici pasportların verilişini dayandırıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

“Bu hər hansı bir konkret ölkə, vətəndaşlıq haqqında sənədə və ya viza kateqoriyasına aid deyil”, - deyə Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.

Məlumata əsasən hadisəyə səbəb konsulların baza məlumatlarını saxlayan avadanlıqda problemin olmasıdır. ABŞ səfirliyinə iyunun 9-dan sonra sənəd verən vətəndaşlar böyük ehtimalla bu problemlə qarşılacaqlar.

“Biz bu problemi həll etməyə cəhd edirik və sistemin tezliklə həll ediləcəyini gözləyirik”, - deyə mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti