Lady Gaga Bakı haqqında: `Çox gözəl idi...` - VİDEO

Lady Gaga Bakı haqqında: `Çox gözəl idi...` - VİDEO
  13 İyun 2015    Oxunub:12045
Dünyaca məşhur müğənni Lady Gaga Bakı-2015 Avropa Oyunlarının açılış mərasimindən sonra öz izləyiciləri ilə təəssüratlarını bölüşüb.

AzVision.az-ın məlumatına görə, bu barədə müğənni öz rəsmi “İnstagram” səhifəsində yazıb.

“Tamaşaçılarla çox gözəl vaxt keçirdim. Sanki biz mənim yataq otağımda mahnılar oxuyur və həyatın daha sadə olmasını xəyal edirdik”, - deyə Gaga öz “İnstagram” səhifəsində qeyd edib.

Qeyd edək ki, Lady gaga ötən gün Avropa Oyunlarının açılış mərasimində piano arxasında əyləşərək, “İmagine” (Xəyal Et) mahnısını ifa edib.

Sözləri Con Lennonun klassik pop mahnısına aid olan bu musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir.

Lady Gaga ilə yanaşı açılış mərasiminə onun bacısı Natali Germanotta da qatılıb.



Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti