Rusiyadan Bakıya dəstək: `Səsləri kəsiləcək...`

Rusiyadan Bakıya dəstək: `Səsləri kəsiləcək...`
  12 İyun 2015    Oxunub:3397
`Azərbaycanın qarşılaşdığı Avropa Oyunlarını boykot etmək çağırışları yarışlar başlayandan sonra kəsiləcək. Bu, Soçidə keçirilən Qış Olimpiya Oyunları zamanı da belə olub`.
Bunu Rusiya Olimpiya Komitəsinin prezidenti Alekasndr Jukov deyib.

"Həmişə Olimpiya Oyunları zamanı yarışlar başlamazdan əvvəl müxtəlif, mənim fikrimcə, əhəmiyyətsiz detallara diqqət çəkirlər. Amma yarışlar başlayandan sonra bütün diqqət idmançılara, Oyunlar zamanı hakim olan mübarizə ruhuna yönəldilir. Soçi Oyunlarından əvvəl, sonra da belə olmuşdu, Bakıda da belə olacaq. Bu cür siyasi çəkişmələrə fikir vermək lazım deyil. Hər şey "ok" olacaq", - deyən Jukov hər şeyin yaxşı olacağına əmin olduğunu bildirib.


Teqlər:





Xəbər lenti