`Twitter`də 140 işarə limiti ləğv olunacaq

`Twitter`də 140 işarə limiti ləğv olunacaq
  12 İyun 2015    Oxunub:2422
Dünyanın ən böyük sosial şəbəkələrindən olan “Twitter”in rəhbərliyində dəyişiklik ediləcək.

AzVision.az
türk mətbuatına istinadən xəbər verir ki, şirkətin icraçı direktoru Dik Kostolo iyulun 1-də vəzifəsindən ayrılacaq.

Şirkətdən Kostolonun idarə heyətinin üzvü olaraq vəzifəyə davam edəcəyi bildirilib.
“Twitter”in İdarə heyətinin başçısı Cek Dorsinin müvəqqəti baş icra məmuru olaraq çalışacağı da məlum olub.

2009-cu ildə təsisi edilən mikro blogger səhifəsi “Tvitter”, son 6 ildə milyonlarca istifadəçisi olan sosial şəbəkəyə çevrilib.

Şirkət rəhbərliyində edilən dəyişikliklərlə yanaşı mesajlarındakı 140 işarəlik limit də aradan qaldırılacaq.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti