Avstriya Azərbaycana təşəkkür etdi - yaralı idmançılara görə

Avstriya Azərbaycana təşəkkür etdi - yaralı idmançılara görə
  12 İyun 2015    Oxunub:3636
Avstriya Milli Olimpiya Komitəsinin prezidenti Karl Ştoss Bakıda yol qəzası nəticəsində xəsarət alan avstriyalı idmançıların Vyanaya göndərilməsində göstərilən köməyə görə Azərbaycan hakimiyyətinə minnətdarlıq edib.
Bunu K. Ştoss TASS-ın müxbirinə deyib. Onun sözlərinə görə, Avstriyaya gətirilən 15 yaşlı Vanessa Sahinoviç artıq əməliyyat olunub, Verena Breyt isə Bakıda qalsa da, yarışlara qatıla bilməyəcək.

“Bu hadisənin niyə baş verdiyi öyrənəcəyik. Eyni zamanda idmançıların Avstriyaya göndərilməsini təşkil edən yerli nəqliyyat qurumuna təşəkkür etmək istərdim. Bu, çox dəhşətli hadisə idi. Digər tərəfdən biz gələcəyə baxmalıyıq, komandamıza inanmalıyıq”.(Apa)


Teqlər:  





Xəbər lenti