Ərdoğana ultimatum verildi

Ərdoğana ultimatum verildi
  12 İyun 2015    Oxunub:3648
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Ədalət və İnkişaf partiyası (AKP) ilə koalisiya hökumət yaratmaqla bağlı şərtlərini irəli sürüb.
Bu barədə AzVision.az “Kanal7”yə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, CHP-nin şərtlərinə əsasən partiyanın lideri Kamal Kılıçdaroğlu iki il müddətinə baş nazir olmalıdır.

Bundan əlavə Türkiyə parlamentinin spikeri CHP partiyasının üzvü olmalıdır. Müxalifət həmçinin ədliyyə, daxili işlər və təhsil naziri postlarına CHP-dən olan namizədlərin gətirilməsini istəyir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti