Saakaşvilinin maaşı açıqlandı -280 AZN

Saakaşvilinin maaşı açıqlandı -280 AZN
  12 İyun 2015    Oxunub:2397
Ukraynanın Odessa vilayətinin hazırki qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin aylıq maaşı bəlli olub.
Bu haqda öz bloqunda politoloq Qleb Kanevski xəbər yayıb.

Saakaşvilinin aldığı maaşın məbləğini dövlət administrasiyası aparatının rəhbəri Vladimir Kulakov politoloq Qleb Kanevskinin sorğusuna cavab olaraq açıqlayıb.

Mixail Saakaşvilinin aylıq vəzifə maaşı 5644 qrivna (təxminən 280 AZN və ya 267 dollar) təşkil edir. Politoloq Saakaşvilinin maaşı ilə əlaqədar müvafiq sənədi də bloqunda dərc edib. (Ans)


Teqlər:





Xəbər lenti