Əsədin taleyi Bakıda həll olunacaq

Əsədin taleyi Bakıda həll olunacaq
  11 İyun 2015    Oxunub:3098
Rusiya və Türkiyə prezidentləri Bakıdakı görüşdə Suriyadakı vəziyyəti və birgə layihələri müzakirə edəcək.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Əslində bu olduqca vacib görüşdür. Öncə onlar (Putin və Ərdoğan) uzun müddət idi ki, görüşmürdülər. Rusiya və Türkiyə ticari-iqtisadi, investisiya, müxtəlif sahələrdə böyük layihələr üzrə çox önəmli tərəfdaşlardır. Ona görə də ölkə başçılarının hər görüşündə danışıqlar gündəliyində xeyli sayda məsələ olur. Təbii ki, regional məsələlərdə fikir mübadiləsi aparılacaq: Bura Suriyadakı vəziyyət, iki ölkə arasında qarşılıqlı ticari-iqtisadi əlaqələr, energetika da daxil olmaqla bir sıra böyük layihələrdə birgə işlərlə bağlı məsələlərdir”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti