Ermənilər Avropa Oyunlarını canlı izləyəcək

Ermənilər Avropa Oyunlarını canlı izləyəcək
  11 İyun 2015    Oxunub:1861
Ermənistanın İctimai Televiziyası Avropa Oyunlarını canlı yayımlayacaq.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Ermənistan televiziyası yalnız erməni idmançıların iştirak etdiyi idman yarışlarını canlı şəkildə yayımlayacaq.

Avropa Oyunları Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa Olmipiya Komitəsi tərəfindən keçirilir. 12-28 iyun 2015-ci il tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti