Qaribaşvili Bakıya oğlu ilə gəldi - Yenilənib

Qaribaşvili Bakıya oğlu ilə gəldi - Yenilənib
  11 İyun 2015    Oxunub:3648
Gürcüstanın baş naziri İrakli Qaribaşvili birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.
AzVision.az-ın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirini Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıb.

Səfər çərçivəsində baş nazir Atletlər kəndində olacaq gürcüstanlı idmançılarla görüşəcək.

İrakli Qaribaşvilini iqtisadiyyat naziri Qeorqiy Kvirikaşvili, baş nazirin müavini, energetika naziri Kaxa Kaladze , gənclər və idman naziri Tariel Xeçikaşvili və Kvemo Kartli regionun qubernatoru Paata Xizanişvili müşayət edir.

Gürcüstanlı baş nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti