`Minsk qrupunun tərkibini dəyişməyə hazırıq`

`Minsk qrupunun tərkibini dəyişməyə hazırıq`
  11 İyun 2015    Oxunub:1970
ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Minsk qrupunun tərkibinin genişləndirilməsi ilə bağlı təklifə münasibət bildirib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistanda təkliflə bağlı fikirlərini bölüşən amerikalı diplomat deyib ki, müvafiq formatı münaqişə tərəfləri seçiblər.

“Biz bu formatda işləməyi davam etdirəcəyik. Əgər münaqişə tərəfləri mövcud formatı dəyişməklə bağlı təklif irəli sürsələr biz onların qərarını dəstəkləyəcəyik. Lakin biz hələlik ATƏT-in Minsk qrupu formatında işimizi davam etdiririk.

Bütün hallarda problem danışıqların formatında deyil. Bu münaqişə barədə qərarı tərəflərin prezidenti və xalqları verməlidir. Onlar münaqişənin danışıqlar yolu ilə nizamlanması vaxtının çatdığına dair qərar qəbul etdikdə biz vasitəçilik etməyə, münaqişənin həllinə kömək etməyə hazır olacağıq”, - deyə Uorlik qeyd edib.

Qarabağ münaqişəsinin həllindən danışan C.Uorlik qeyd edib ki, bu proses həddən artıq uzanıb: “Hər iki ölkənin xalqları sülh və çiçəklənməyə layiqdir. Mən düşünürəm ki, bunu ABŞ, Fransa və Rusiyada istəyir”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti