Avropa oyunları Qərb mətbuatında

Avropa oyunları Qərb mətbuatında
  11 İyun 2015    Oxunub:2342
İspaniyanın Radio və Televiziya Korporasiyasının (RTVE) rəsmi saytında “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı məqalə dərc olunub.
AzVision.az xəbər verir ki, Ruben Herasın müəllifi olduğu məqalədə Bakı şəhərinin Olimpiya dəyərləri əsasında köhnə qitədə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməsi, infrastruktur, idman növləri və yarışlar barədə ətraflı məlumat verilir. Bildirilir ki, “Rio-2016” Yay Olimpiya Oyunlarının başlanmasına bir ildən artıq vaxt qalarkən Olimpiya hərəkatı təqviminə Avropa Oyunları əlavə olunur.

İlk Oyunlara Azərbaycanın paytaxtı Bakı şəhəri ev sahibliyi edir. Yazıda Avropa Oyunlarının keçirilməsinin əsas təşəbbüskarlarından olan İspaniya Olimpiya Komitəsinin prezidenti Aleksandro Blankonun fikirlərinə də yer verilir: “Azərbaycan Asiya və Avropanın qovuşuğunda yerləşən cazibədar ölkədir. Bu ölkə Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Azərbaycan qapılarını dünyaya açır, bu ölkədə idman və turizm daha da inkişaf edəcək”. Müəllif məqalədə 2016-cı ildə ilk dəfə Azərbaycanda Formula-1 üzrə Avropa Qran-pri yarışlarının keçiriləcəyini də diqqətə çatdırır.

Almaniya KİV-ləri də ölkənin milli komandasının Avropa Oyunlarına hazırlığı barədə yazır. Almaniyanın “spox.com” nəşri Bakıda keçiriləcək birinci Avropa Oyunlarında ölkədən 265 idmançının iştirak edəcəyini yazır, onların idman növləri üzrə qruplaşdırılmış tam siyahısını təqdim edir. Materialın geniş mətnini qeyd edilən linkdə oxumaq

olar:https://azvision.az/redirect.php?url=http://www.spox.com/de/sport/olympia/european-games-2015/1506/News/baku-2015-deutschland-aufgebot-sportarten.html.

Alman idmançılarından 124-ü qadın, 141-i kişidir. Onlar 19 idman növündə çıxış edəcəklər. Alman komandasının Oyunlara tam hazırlığı barədə “sport1.de” nəşri də yazıb.
“focus.de” isə xatırladır ki, Azərbaycan Avropa Oyunlarının “pioner”i olmaq şərəfinə nail olub. Növbəti Oyunlar isə 2019-cu ildə Hollandiyada keçiriləcək.

Eyni zamanda “BBS Sport” portalında Oyunların gündəliyi və Britaniya idmançılarının gözləntilərindən bəhs edən məqalə dərc edilib. Məqalədə bildirilir ki, iyunun 12-də Bakıda Oyunların yüksək səviyyədə açılış mərasimi keçiriləcək.

Böyük Britaniya 2008-ci il Pekin Olimpiadasında olduğu kimi, Bakı 2015 Avropa Oyunlarında da böyük heyətlə çıxış edəcək. Britaniyalı idmançılar bildiriblər ki, ilk Avropa Oyunlarında qalib olmaqla tarixə düşmək niyyətindədirlər və bu yarışlarda qazanılacaq medallar onlara növbəti il Rio Olimpiadasında iştirak etməyə imkan verəcək.

Bu baxımdan Bakı 2015 idmançılar üçün mühüm əhəmiyyət kəsb edir. Məqalədə ilk Avropa Oyunlarında bir-birindən maraqlı idman növləri üzrə yarışlar keçiriləcəyi qeyd olunur. Azərbaycanda bu tədbiri keçirmək üçün müasir idman infrastrukturunun yaradıldığı vurğulanır.


Teqlər:





Xəbər lenti