`Sülhə hazırsınızmı?` - Kritik Qarabağ görüşü

`Sülhə hazırsınızmı?` - Kritik Qarabağ görüşü
  11 İyun 2015    Oxunub:2176
ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın prezidenti Serj Sarkisyanla görüşüb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, görüşdə Uorlik və Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair məsələləri müzakirə ediblər.

Uorlik Sarkisyan və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra danışıqların yekununa dair “tweet”də paylaşıb.

“Bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən danışıqlara görə təşəkkürlər. Yenidən atəşkəs rejiminə qayıtmaq və sülh sazişi ilə nəticələnəcək danışıqlar zamanıdır. Siz razısınız?”, - deyə amerikalı həmsədr “Twitter”də yazıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti