`İŞİD sıralarında çoxlu azərbaycanlı var`- Suriya müftisi

`İŞİD sıralarında çoxlu azərbaycanlı var`- Suriya müftisi
  11 İyun 2015    Oxunub:1865
“Suriyada İslam Dövləti (İD) yaraqlılarının sıralarında 70 min xarici muzdlu döyüşür, onların 5-7 mini Rusiya və MDB ölkələrindəndirlər”.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Suriyanın baş müftisi Əhməd Bədərddin Hassun bildirib. O, Rusiyaya “İslam dünyası” beynəlxalq konfransında iştirak etmək üçün gəlib.

“Yaraqlıların sıralarında Suriyada 70 min xarici muzdlu döyüşür, onların 5-7 mini Rusiya və MDB ölkələrindəndirlər. Bəziləri ailələri ilə gələrək Türkiyədə hazırlıq keçirlər. Maliyyələşdirmə Səudiyyə Ərəbistanındandır. Təlimatçılar ABŞ və Böyük Britaniyadandırlar”, - Hassun bildirib.

Müfti qeyd edib ki, muzdluların əksəriyyəti MDB-nin Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi ölkələrindən gəlir.


Teqlər:  





Xəbər lenti