Ölmüş namizəd seçkilərdə qalib gəldi

Ölmüş namizəd seçkilərdə qalib gəldi
  10 İyun 2015    Oxunub:2504
Meksikanın Yurekuro (ştat Miçoakan) şəhərinə keçirilən mer seçkilərində bu ilin mayında öldürülən namizəd Enrike Ernandes qalib gəlib.
Bu barədə AzVision.az “Univision” a istinadən xəbər verir.

İyunun 7-i keçirilən seçkilərdə Ernandesin lehinə 36,9 faiz seçici səs verib. Yerli KİV vurğulayır ki, ölümündən sonra siyasətçinin populyarlığı insanlar arasında daha da artıb.

İkinci yerdə Meksikanın Yaşıl Ekologiya partiyasının namizədi tutub. O, liderdən əhəmiyyətli dərəcədə aşağı səs toplayıb. Ernandesin namizədliyini irəli sürən “Morena” təşkilatı onun yerinə başqa namizəd irəli sürdüyündən qalib də bu təşkilat olub.

Qeyd edək ki, Ernandes may ayının 14-ü keçirilən seçkiqabağı mitinqdə öldürülüb. Bir qrup silahlı şəxs Ernandes şəhər mərkəzindəki meydanda çıxış edən zaman ona atəş açıb. Bundan əlavə hadisə zamanı 3 nəfər yaralanmışdı.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti