Davudoğlu istefa verdi

Davudoğlu istefa verdi
  10 İyun 2015    Oxunub:2672
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunun istefasını qəbul edib.
Bu barədə Davudoğlu özü açıqlama verib: "Prezidentimiz bu günə qədər göstərdiyim xidmətlərdən dolayı təşəkkürünü bildirdi. Yeni hökumətin tərkibi formalaşdırılana qədər vəzifəmin icrasını davam etdirməyimi istədi".

Xatırladaq ki, iyunun 7-də Türkiyədə baş tutan parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,9, Cümhuriyyət Xalq Partiyası (CHP) 25, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3, Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 faiz səs toplayıb.


Teqlər:





Xəbər lenti