Birinci xanımın məqaləsi Misir jurnalında

Birinci xanımın məqaləsi Misir jurnalında
  01 İyun 2013    Oxunub:1181
Respublika günü münasibətilə Azərbaycanın Misirdəki səfirliyi və “İRS-Heritage” jurnalının redaksiya heyəti tərəfindən “İRS” jurnalının ərəb dilində ikinci sayı çapdan çıxıb.
Respublika günü münasibətilə Azərbaycanın Misirdəki səfirliyi və “İRS-Heritage” jurnalının redaksiya heyəti tərəfindən “İRS” jurnalının ərəb dilində ikinci sayı çapdan çıxıb.

Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən xəbərə görə, nəfis tərtibatda hazırlanmış jurnal ərəb dünyasının Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və müasir inkişaf perspektivləri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır.

Qeyd edək ki, jurnalın bu sayında Azərbaycanın birinci xanımı, UNESCO and İSESCO-un xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi dərc olunub. Məqalədə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumat öz əksini tapıb.

Bundan başqa, jurnalda Firdovsiyə Əhmədovanın Azərbaycan Demokratik Respublikasının əsas nailiyyətləri, Sübhi Əhmədovun Azərbaycan Silahlı Qüvvələrinin və ordumuzun tarixi, Aydın Balayevin Qarabağ münaqişəsinin tarixi kökləri, Şahin Abdullayevin Azərbaycanın siyasi-iqtisadi inkişaf modeli, eləcə də qədim Azərbaycan məscidləri, Azərbaycanın təbiət abidələri, Nizami Gəncəvinin həyat və yaradıcılığı və Azərbaycanda numizmatika mədəniyyəti haqqında məqalələr dərc edilib.

Bütün ərəb dünyası boyunca yayılacaq jurnalın mütəmadi əsasda çap etdirilməsi nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti