Məşhur müğənni qan içində – FOTO (VİDEO)

Məşhur müğənni qan içində – FOTO (VİDEO)
  01 İyun 2015    Oxunub:5322
Məşhur ispan müğənni Enrike İqlesias Meksikanın Tixuana şəhərində konsert verərkən ciddi şəkildə yaralanıb.
AzVision.az Rusiya KİV-nə istinadən bildirir ki, müğənni, konserti zamanı səhnəyə uçan dronu tutmaq istəyəndə yaralanıb. Dronun pərləri Enrikenin sağ əlinin barmaqlarını kəsib.

"Plaza de Toros de Playas"da konsert başlanandan təxminən 30 dəqiqə sonra səhnəyə "DJI Inspire 1" modeldən olan, videokamera ilə təchiz edilmiş dron yaxınlaşıb.

Enrike İqlesias da dronu tutaraq özünə yaxınlaşdırmaq istəyən zaman kvadrokopterin pərləri onun barmaqlarını yaralayıb.

Müğənninin əli dərhal sarınıb və Enrike az sonra səhnəyə qayıdaraq konsertə davam edib. Bintlərdən qan sızmağa davam etsə də, İqlesias əlinin qanı ilə ağ rəngli futbolkasında ürək şəkli çəkməyə cəhd edib.

Həkimlər Enrike İqlesiasdan səhnəni tərk etməyi tələb etsələr də, İqlesias yarım saat da səhnədə çıxış edib.

Bu gün ABŞ-ın Los-Anceles şəhərinə qayıdan Enrike İqlesias cərrah yanına yollanacağı bildirilir.



Eldar Tanrıverdiyev
Azvision.az

Qalereya




Teqlər:  





Xəbər lenti