“Niyə küçədə rus azərbaycanlıya deməlidir ki,...”

“Niyə küçədə rus azərbaycanlıya deməlidir ki,...”
  31 May 2013    Oxunub:1098
“Mən səfir olaraq bildirdim ki, Rusiya bilsin ki, bizdən onlara səs gedib. Onu da nəzərə alaq ki, bu dəfə Rusiyanın nümayəndəsi Tatarıstanda yaşayır. Azərbaycanın Tatarıstanla çox yaxşı münasibətləri var”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbayacanın Rusiyadakı səfiri Polad Bülübüloğlu “ Eurovision” mahnı müsabiqəsində yaşananlarla bağlı danışarkən deyib.

“Bizə o lazım idi ki, ruslar bunu bilsinlər. Mən tamaşaçı kimi ekrandan gedəndə inana bilmədim ki, necə olur ki Azərbaycandan Rusiyaya 3-4 bal səs getməsin. Maraqlandım ki, bu necə ola bilər? Sonra Azərcelldən açıqlandı ki, 1700 səs gedib.

Yaxşı bu səslər deyil axı. Mən bunları Rusiya mətbuatında da demişəm. Bir səs hardasa 1, 5 dollardan artıqdır. Yəqinki, Bakıda da bu qiymətədədir. Camaat pul ödəyir, bu səslər hara gedir. Bu düz deyil. Sonra deyirlər ki, juri var. Mən başa düşmürəm ki, 5 nəfər juri 5 min adamın səsini necə qeyd edə bilər. Sistem özü məncə səhvdir. Bu müsabiqədə səsvermə düzgün qurulmayıb. Əsas odur ki, biz öz sözümüzü dedik. Orada müəyyən olundu ki, Belorusiya bir səs verməyib. Moskvada işləyən bir insan kimi deyə bilərəm ki, Belarusiyanın Moskvada böyük diasporası var. Necə ola bilər ki, Rusiyadan Belorusiyaya bir səs getməsin”.

Polad Bülbüloğlu bildirib ki, diplomat bu məsələ ilə bağlı 1 gündə 4 televiziyada çıxış edib: “Niyə küçədə rusiyalı azərbaycanlıya desin ki, biz sizə 12 səs verdik, siz bizə heç bir səs də vermədiniz. Bu söz söhbətləri kəsmək üçün tədbir təşkil etdik.. 100-dən çox ölkənin səfirlikləri də həmin tədbirdə iştirak etdi. O zaman da mən onlara ətraflı məlumat verdim.”

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti