Aydın Mirzəzadə Siyavuş Aslana baş çəkib

Aydın Mirzəzadə Siyavuş Aslana baş çəkib
  31 May 2013    Oxunub:1190
Sevimli aktyorumuz Siyavuş Aslana baş çəkdim.
Bu gün Klinik Tibbi Mərkəzdə müalicə alan sevimli aktyorumuz Siyavuş Aslana baş çəkdim. Palatada oğlu Çingüzlə də görüşdüm.

Azvision.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə öz facebbok səhifəsində bildirib.

“Keçirdiyi ağır xəstəliklərə görə indi vəziyyəti yaxşıdır, müalicəsi intensiv surətdə gedir, daima təcrübəli həkim nəzarətindədir. Oğlu atasının sağlamlıq durumundan narazılığı yox idi, tibbi mərkəzin kollektivindən razılıq etdi, bütün müalicəin mərkəz hesabına olduğunu bildirdi.

Atası, bizim isə sevimli sənətkarımızla maraqlananların çox olduğunu dedi. Çingizə Siyavuş müəllimi ilk dəfə canlı 1971-ci ildə Mingəçevirə qastrola səfəri zamanı yaxından görməyimin tarixçəsini danışdım. Böyük sənətkara hamının böyük məhəbbəti olduğunu və bütün azərbaycan xalqının onun sağalmasını arzuladığını bildirdim.

Tibbi Mərkəzə gəlməməmişdən bu barədə Feysbuk səhifəmdə məlumat yarləşdirdiyimi və çoxsayı dostlarımın da ona salamları olduğunu bildirdim. Hətta Quba rayonunun Xaltan kəndinin xüsusi salamları olduğunu dedim.

Oğlu Çingiz atasına olan xalq məhəbbətinin böyüklüyündən təsirləndiyini və atası kimi, onun da xalqımızı çox sevdiyini bildirdi”.


Teqlər:  





Xəbər lenti