Bakıda bomba xəbəri yayıldı

Bakıda bomba xəbəri yayıldı
  31 May 2013    Oxunub:1319
FHN-nin əməkdaşları hadisə yerinə gediblər
AzVision.az Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.

AzVision.az FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə gediblər.

Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görərək əraziyə baxış keçiriblər. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 06:52-də başa çatıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti