Özünü dənizə atmaq istədi

Özünü dənizə atmaq istədi
  31 May 2013    Oxunub:1350
Paytaxtda intihara cəhd edən şəxs xilas edilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin(FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə bir nəfər intihar məqsədilə özünü dənizə atıb.

“Bakı mərkəz” sularda xilasetmə məntəqəsinin 3 nəfər xilasedicisi “Dalğa” kateri və xüsusi avadanlıqlarla dərhal hadisə yerinə çıxıb, vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil verib.

AzVison.az


Teqlər:  





Xəbər lenti