Mehriban Əliyeva sərginin açılışında - FOTOLAR

Mehriban Əliyeva sərginin açılışında - FOTOLAR
  31 May 2013    Oxunub:1306
Mayın 30-da İtaliyada Venesiya şəhərində 55-ci Beynəlxalq Venesiya Biennalesi çərçivəsində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətinin nümayiş olunduğu sərgi açılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verilib ki, Azərbaycan, o cümlədən Türkiyə, Rusiya, İran və Gürcüstandan 17 rəssamın müasir təsviri incəsənətə dair əsərlərinin nümayiş olunduğu sərgi "Love me love me not" adlanır.

Aida Mahmudovanın rəhbəri olduğu "YARAT" Müasir İncəsənət Məkanının təşkil etdiyi sərgi noyabrın 24-dək fəaliyyət göstərəcək. Sərginin kuratoru əsasən Yaxın Şərq, İran və Qafqazda müasir incəsənət sahəsində ixtisaslaşan, əvvəllər "Kristi" hərracında mütəxəssis kimi çalışan Dina Naser Xadividir.

Sərginin özəlliyini təşkil edən əsas cəhət buradakı əsərlərin hər bir xalqın dinamikasını yaxından duymağa, unudulmuş, yaxud naməlum tarixin gizli tərəflərini açmağa və həmin ölkələrdə olan baxış tərzini göstərməyə imkan verməsidir.

Sərgidə geniş çeşiddə, media və əşya xarakterli materiallar, həmçinin videoinstallyasiyalar və rəsm əsərləri nümayiş olunur. Kompozisiyalarda şəxsi təcrübədən təsirlənmiş tarixi mövzular, müasir həyatın tərəfləri də ustalıqla əks olunub.

Azərbaycan rəssamı Sitarə İbrahimovanın Qarabağ müharibəsinə həsr etdiyi "Hədd" adlı ekspoziyası sərgiyə gələnlərdə xüsusi maraq doğurub. Bu ekspozisiyanın əsasını müharibə dövründə Qırmızı Xaç Komitəsinin əməkdaşları tərəfindən çəkilən fotolar təşkil edir. Həmin fotolarda müharibədə itkin düşən şəxslərin əşyaları, hazırda Ağdamda və cəbhə xəttində yaşayan insanların həyatı əks olunur.

Qalereya




Teqlər:  





Xəbər lenti