İlham Pirməmmədov vəzifəsindən uzaqlaşdırıldı

İlham Pirməmmədov vəzifəsindən uzaqlaşdırıldı
  31 May 2013    Oxunub:2973
Təhsil naziri Mikayıl Cabbarov daha bir kadr dəyişikliyi həyata keçirib
Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov təhsil naziri Mikayıl Cabbarovun əmri ilə tutduğu vəzifədən azad edilib. Bu barədə APA-ya açıqlamasında İlham Pirməmmədov faktı təsdiqləyib. O bildirib ki, nazirin digər əmri ilə təhsil nazirinin müşaviri təyin edilib. İ.Pirməmmədov artıq nazirliyin Aparat rəhbəri vəzifəsini kimin yerinə yetirəcəyini də açıqlayıb. O bildirib ki, yeni təyinata əsasən bundan sonra Təhsil Nazirliyinin Aparat rəhbəri Ceyhun Bayramovdur. O əvvəllər Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri vəzifəsində təyin olunduqdan sonra nazirlikdə bir sıra kadr dəyişiklikləri edilib. Bu vaxta kimi İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev və Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva və təhsil nazirinin köməkçisi vəzifəsini icra edən Rasim Süleymanov tutduqları vəzifədən azad olunublar


Teqlər:  





Xəbər lenti