Prezident Əfqanistanın xarici işlər naziri ilə görüşüb

Prezident Əfqanistanın xarici işlər naziri ilə görüşüb
  30 May 2013    Oxunub:1105
Prezidenti lham Əliyev Əfqanıstanın xarici işlər naziri Zalmai Rassulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici işlər naziri Zalmai Rassul Əfqanıstan prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın Əfqanıstanla bağlı müxtəlif beynəlxalq humanitar proseslərdə iştirakının əhəmiyyəti qeyd edilib, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminlik bildirilib.

Dövlət başçısı prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əfqanıstanın dövlət başçısına çatdırmağı xahiş edib.


Teqlər:





Xəbər lenti