Səfəvilər adam yeyirmiş? - İDDİA

Səfəvilər adam yeyirmiş? - İDDİA
  30 May 2013    Oxunub:5364
Şah İsmayılın dövründə Səfəvilər məğlub etdikləri düşmənlərini ritual formasında yeyirmiş.
Bu şok iddianı “Şah İsmayıl və Qızılbaşlar: Səfəvi dövlətinin dini tarixində hannibalizm” məqaləsinin müəllifi, iranlı professor Şahzad Bəşir səsləndirib.

Məqalənin müəllifi Şahzad Bəşir ilk Səfəvi hökmdarı Şah İsmayılın (1501-1524) dövründə hannibalizmin mövcudluğu barədə yazıb. Məqalənin birinci hissəsində əsas xronikalar verilib və Qızılbaşların adam əti yeməsi ilə bağlı faktlar sadalanıb. Şahzad Bəşir söyləyib ki, həmin dövrdə təsadüfi və nadir olan hannibalizm türkmən əmirlərinin dini ayinlə bağlı davranışının sübutu deyil.

Hannibalizmlə bağlı birinci hadisə –1504-cü ildə Hüseyn Kiyanın uğursuz qiyamından sonra Murad bəy Cahanşahlının bişirilməsi və yeyilməsi faktı 16-cı əsrə aid heç bir Səfəvi mənbələrində qeyd olunmayıb. Xondəmir (Həbib əl-Siyar) və Həsən bəy Rumlunun (Əhsən əl-təvarix) əsərlərində hannibalizmlə bağlı heç bir qeydə rast gəlinməyib. Lakin sonra İsgəndər bəy Münşi bu barədə Qəzvininin Lobb əl-Təvarix əsərindən (1555) götürüb.

Mənbələr:

“Murad bəy Cahanşahlu qəzəb odunda yandırıldı, intiqam alan döyüşçülər onun ətini yedilər.” (Qaynaq: İskəndər bəy Türkmən “Tarixe-Aləmaraye-Abbasi”, çevirən Şahin Fazil, “Şərq-Qərb” Bakı-2010, s. 87)

Murad bəy Cahanşahlunun ətini sufilər ibrət olsun deyə kabab edib yedilər (Şərəf Xan Bitlisi “Şərəfnamə” 2- ci cild, Əsatir yayını Tehran -1999, s.136.)"

İkinci epizod - 1510-cu ildə Mərv döyüşündə Məhəmməd Şeybani xanın cəsədinin döyüş meydanında qismən korlanmasıdır. Bu barədə mənbələrdə çoxlu tarixi boşluqlar və ziddiyyətli məqamlar var. Bəşirə görə, hannibalizm Qızılbaşların öz Səfəvi şahına etimad və sədaqət rəmzi kimi başa düşülür və bu, Bozqurd ənənələrindən miras qalan böyük dini sistemin bir hissəsi kimi təsnif edilə bilməz.

“Səfəvi şahı Şah Abbas cinayətkarları və dövlətə qarşı çıxanları bişirmək və yemək üçün hannibal qrupu saxlayırdı” faktından sonra hannibalizm iddiası daha da mürəkkəbləşir. Buna əsaslanaraq Bəşir hannibalizmi dünyəvi və dini olmaqla iki növə ayırır. Birinci üsul Şah Abbasın qəddar hərəkəti ilə, ikinci - mürşid və şah kimi Qızılbaşların İsmayıla sadiqliyini ifadə etməsi ilə bağlıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti