Nobel prospektində baş verən qəzada sərnişin ölüb

  30 May 2013    Oxunub : 531
Nobel prospektində baş verən qəzada sərnişin ölüb
Xətai rayonunda baş verən qəza ölümlə nəticələnib.

AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 29-da saat 07.50 radələrində Xətai rayonu Nobel prospektində Cəlilabad rayon sakini Arzuman Usubov idarə etdiyi "Opel" markalı avtomaşını yolun kənarındakı divara vurub.

Nəticədə A.Usubovun sərnişini, Cəlilabad rayon sakini Vasif Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, xəsarət almış özü və digər sərnişini Fəxri Mirzəxanov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az

Teqlər: