“Pizza-İnn”ə 5000 manat cərimə

“Pizza-İnn”ə 5000 manat cərimə
  30 May 2013    Oxunub:1769
“Pizza-İnn” kafe-restoranda aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisənin rəhbəri 5000 manat cərimə edilib.
Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət komitəsinin İnformasiya Texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə. fiziki şəxs Natiq Qədirova məxsus “Pizza-İnn” kafe-restoranda aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisənin rəhbəri 5000 manat cərimə edilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanı, 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Natiq Qədirova məxsus “Pizza-İnn” kafe-restoranında aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı verilmiş tapşırığın icra vəziyyətini yoxlamaq məqsədilə təkrar dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəssisəyə verilmiş tələbnamələrin tam icra olunmadığı, 11 aprel 2013-cü il tarixindən istehsalı və satışı qadağan olunmuş biskvitli-kremli tort və pirojnaların istehsalının dayandırılmadığı və satışı aşkar olunub. Həmçinin dövlət nəzarəti tədbirləri zamanı restoranda istehlakçılara təqdim olunan yeməklərin hazırlanmasında ölkəmizdə istehsal olunan ətlərlə yanaşı, Braziliya Respublikasından idxal olunan “Friboy” nişanlı uyğunluq sertifikatı olmayan dondurulmuş mal ətindən istifadə olunduğu müəyyən olunub.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq fiziki şəxs Natiq Qədirov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 317.2 maddəsinə əsasən inzibati protokol tərtib edilmiş, məhsulların istehsalının dayandırılması barədə müəssisə rəhbərinə bir daha xəbərdarlıq edilmiş, inzibati xəta haqqında qərara əsasən müəssisə rəhbəri 5000 manat cərimə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti