Özünü binadan atmaq istəyib

Özünü binadan atmaq istəyib
  29 May 2013    Oxunub:1192
1993-cü il təvəllüdlü bir nəfər özünü çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsindən atmaq istəyib.
Bakı şəhəri, Binəqədi rayonu ərazisində bir nəfər intihara cəhd edib. AzVision.az FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1993-cü il təvəllüdlü bir nəfər özünü çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsindən atmaqla hədələyir.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihara cəhdin qarşısını alıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatı saat 18:01-də başa çatıb.


Teqlər:





Xəbər lenti