KİV nümayəndələri seçki siyahısı ilə tanış oldular

KİV nümayəndələri seçki siyahısı ilə tanış oldular
  29 May 2013    Oxunub:1259
Bu gün Mərkəzi Seçki Komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanış olublar.
AzVision.az xəbər verir ki, dəqiqləşdirmə aparılaraq DSK-lara qaytarılacaq seçici siyahılarının çap prosesi və saxlanma şəraiti ilə tanış olan Komissiya üzvlərinin və KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, vahid seçicilər siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib.

Bundan əlavə, siyahılarının çap prosesi ilə bağlı bir sıra texniki yeniliklər edilib və mövcud emal proqramı yenilənib.

Proseslə tanışlıq zamanı çap şəraiti haqqında MSK üzvlərinə və media nümayəndələrinə məlumat verən Mərkəzin direktoru Rüfət Gülməmmədov bildirib ki, seçici siyahılarının çapı vahid seçici siyahısına uyğun aparılır və bu proses üçün son model texnologiyalardan istifadə edilir.

Tanışlıq zamanı məlum olub ki, çap prosesi üçün xüsusi ayrılan otaqda seçici siyahıları xüsusi proqram tərtibatı ilə çap olunur. Bu siyahılar 5 il müddətinə MSK-nın anbarında saxlanılır:

“Bu printerlər özündən əvvəlkilərdən iki dəfə sürətli çap prosesini həyata keçirməklə fərqlənir. Bu da daha tez müddətə seçici siyahılarının hazırlanmasına imkan verir. Vahid seçici bazasında hesabatlar, axtarışlar, təhlillər aparılması üçün xüsusi proqram təminatı da hazırlanıb. Əvvəlki printerlər 1 dəqiqədə 800 sətir çap edirdisə, yeni işə salınan avadanlıqlar 1500-ə yaxın sətir çap edir”.



Teqlər:  





Xəbər lenti