Əsəd danışıqlara hazırdır

Əsəd danışıqlara hazırdır
  19 Fevral 2013    Oxunub:2220
“Suriya hökuməti silahlı üsyançı dəstələrlə danışıqlara hazırdır”. Suriya Milli barışıq naziri Əli Heydər belə bir bəyanatla çıxış edib.
Bu barədə APA Reuters-ə istinadən məlumat verib.
“Prezident bildirib ki, biz siyasi mübarizə aparan hər kəslə danışıqlara getməyə çalışacağıq. Hətta silahdan istifadə edənlərlə də danışıqlara getməyə çalışmalıyıq”, deyə Ə.Heydər bildirib.
Xatırladaq ki, daha öncə Suriya prezidenti Bəşər Əsəd “satqın və Qərbin əlində oyuncaq” adlandırdığı müxalifətçilərlə danışıqlara getməyəcəyini bəyan etmişdi.


Teqlər:





Xəbər lenti