Türkiyə gəmisinə hücum olub- ölən var

Türkiyə gəmisinə hücum olub- ölən var
  11 May 2015    Oxunub:2264
Türkiyə gəmisi Liviya sahillərində hücuma məruz qalıb.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi hadisə nəticəsində Türkiyə vətəndaşı olan kapitan köməkçisinin öldüyünü açıqlayıb.

Nazirlikdən bildirilib ki, ötən gün axşam saatlarında Türkiyə şirkətinə məxsus “Tuna-1” yük gəmisi İspaniyadan alınan tikinti materiallarını sifarişçiyə təhvil vermək üçün Liviyanın Tobruk limanına yaxınlaşmağa cəhd edib. Lakin limandan təxminən 13 mil aralıda qurudan top atəşinə məruz qalıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Gəmi oradan uzaqlaşmağa çalışarkən havadan edilən hücum zamanı bir nəfər Türkiyə vətəndaşı həyatını itirib.

Türkiyə Xarici İşlər Nazirliyi hadisəni pisləyən bəyanat verib və Liviya rəhbərliyinə öz etirazını bildirib, habelə bölgədə olan digər türk gəmilərinə qarşı təhdidlərin qarşısının alınmasını və baş verən hadisənin günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti