Qaraqandan patriotik mahnı – VİDEO

Qaraqandan patriotik mahnı – VİDEO
  08 May 2015    Oxunub:17120
Azərbaycanda insanlara, xüsusilə də gənclərə patriotizm ruhu aşılayan mahnılara ehtiyac var. Bunu nəzərə alaraq, həmin ehtiyacı qarşılamaq üçün AzVision.az bir sıra addımlar atmağa qərar verib.

Saytımızın təşəbbüsü ilə tanınmış reper Qaraqan patriotik ruhda mahnı ifa edib. `Mənim Azərbaycanım` adlı mahnının sözü və musiqisi Qaraqana aiddir, qrafikanı `Ronin Agency` hazırlayıb.

Biz AzVision.az olaraq inanırıq ki, patriotizm, Vətən və Bayraq sevgisi cəmiyyətin bütün təbəqələrinin ruhuna hakim olmalıdır. Çünki xalqımızı gözlədiyimiz tarixi Qələbəyə ancaq bu sevgi və bu ideologiya apara bilər. Nə qədər ki, həmin Qələbə baş verməyib, bizim həyatımızın əsas məqsədi onu reallaşdırmaq olmalıdır.

Qeyd edək ki, AzVision.az-ın bu istiqamətdə layihələri davam edəcək.




Teqlər:  





Xəbər lenti