Sərkisyan liderlik edir

  18 Fevral 2013    Oxunub : 579
Sərkisyan liderlik edir
Saat 17:00-a olan məlumata görə, seçkidə 1 259 374 seçici iştirak edib.
“The Gallup Organization” erməni sosioloqlar asssosiasiyasının apardığı exit-poll nəticələrinə görə, hakim Respublika partiyası və lideri Serj Sərkisyan birincidir. Sorğuda iştirak edənlərin 58%-I Sərkisyana səs verdiyini deyib.
Exit-poll nəticələrinə əsasən, ikinci yerdə 32% səslə “İrs” partiyasının lideri Raffi Ovannisyan qərarlaşıb, üçüncü pilləni isə 3% səslə sabiq baş nazir Qrant Baqratyan və Paruyr Ayrikyan bölüşür.
Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası saat 17:00-a olan vəziyyətə görə, 1 259 374 seçicinin iştirak etdiyini açıqlayıb.

Teqlər: