THY-dən pilotlara tapşırıq – Tez evlənin

THY-dən pilotlara tapşırıq – Tez evlənin
  17 Aprel 2015    Oxunub:1930
Türk Hava Yolları (THY) şirkətinin rəhbəri Temel Kotil pilotlara dərhal evlənməyi tövsiyə edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, T.Kotil bunu Türk Hava Yolları Tədris Mərkəzinin 86 yeni pilot üçün təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib:

“Germanwings Hava Yolalrına məxsus təyyarənin, Allah uzaq eləsin, Fransada uğradığı qəza bizə yeni çox şey öyrətdi. Əslində pilotluq çox çətin işdir. İstər qadın, istərsə də kişi pilotların həyat tərzinin onların iş fəaliyyətində çox önəmli rol oynadığını gördük. O qəzaya səbəb olan bir amil də pilotun sevgilisi ilə ayrılması və bu halın onun psixologiyasına təsiri idi. Ona görə də tövsiyə edirik ki, subay pilotlar mütləq evlənsin”.

Qeyd edək ki, Almaniyanın Germanwings hava yollarına məxsus təyyarə Barselonadan Düsseldorfa gedərkən Fransanın cənubunda qəzaya uğrayıb. Qəzanı törədən pilot Andreas Lubitz 150-dən çox insanın ölümünə səbəb olub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti